“Abşeron yarımadası da daxil olmaqla, Azərbaycanın bütün ərazilərində sürüşmə ilə bağlı genişmiqyaslı monitorinqlər keçiriləcək”. Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib.
Onun sözlərinə görə, monitorinqlərə oktyabr ayından etibarən start veriləcək: “Monitorinqlər aktiv sürüşmə sahələrində, Azərbaycanın şimal və cənub regionlarında, Kiçik Qafqaz ərazisində aparılacaq”.
Nazirlik rəsmisi onu da qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası bütün il boyu monitorinqlərini davam etdirir.