871 uşaq vaxtından əvvəl I sinfə qəbul edilib
30 iyul 2015 13:39 (UTC +04:00)

871 uşaq vaxtından əvvəl I sinfə qəbul edilib

 

 

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə müsahibələr davam etdirilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir.

 

Uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-dək mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir.

 

Qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir: “Artıq qeydiyyatdan 3772 nəfər keçib. Qeydiyyatdan keçmiş uşaqlardan 742 nəfəri təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbə hazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib”.

 

İyulun 21-dən indiyədək keçirilən müsahibədən 871 nəfər məqbul, 534 nəfər isə qeyri-məqbul cavab alıb. Cavablar iki gün ərzində sms şəklində valideynin mobil telefonuna və mektebeqebul.edu.az saytında yaratdığı şəxsi kabinetinə göndərilir.

 

Məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidir.

 

Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik və 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqlar I sinfə müsahibədən kənar qəbul olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301
avatar

Oxşar yazılar