<span style="color:red;">62 nəfəri gün vurub <b>: 40-ı xəstəxanaya yerləşdirilib  </b>
04 iyul 2018 11:51 (UTC +04:00)

62 nəfəri gün vurub: 40-ı xəstəxanaya yerləşdirilib

“Ötən gün təcili tibbi yardım xidmətinə 2133 müraciət daxil olub”.

 

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib: “Müraciət edənlərdən 220-si xəstəxanaya yerləşdirilib. Bu müraciətlərdən 10 nəfəri günvurmaya aid olub və onlardan 9-u xəstəxanaya yerləşdirilib. Ümumilikdə isə mövsüm girəndən indiyə kimi təcili tibbi yardıma günvurma diaqnozu ilə 62 müraciət daxil olub, onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib. Bu şəxslərdən 46-sı kişi, 12-si qadın, 4-ü uşaq olub”.

 

S.Əhmədova həmçinin məlumat verib ki, bu mövsüm başlayandan ilan sancmaları ilə bağlı 17 nəfər təcili tibbi yardıma müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Yasəmən Bağırova

Oxşar yazılar