376 özəl tibb müəssisəsi lisenziyasız çalışır - <span style="color:red;">SOS
20 may 2014 10:43 (UTC +04:00)

376 özəl tibb müəssisəsi lisenziyasız çalışır - SOS

 

“Azərbaycanda hazırda 500-ə yaxın özəl tibbi müəssisəsi və kabineti fəaliyyət göstərir”. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib. Onun sözlərinə görə, Azərbaycanda 600-dən artıq əczaçılıq (özəl) müəssisəsi fəaliyyət göstərir: “2013-cü ildə 376 özəl tibb müəssisəsinin lisenziya olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. Bununla bağlı inzibati icraat işləri aparılıb”.

 

Nazirlik rəsmisi onu da vurğulayıb ki, ötən il Bərdə, Tərtər, Ağdam, Yevlax və Mingəçevirdən Səhiyyə Nazirliyinə 1000-dən artıq şikayət və ərizə daxil olub: “Onların hər biri araşdırılıb və müvafiq tədbirlər görülüb”.

 

G. Poladovun sözlərinə görə, adıçəkilən regionlardan edilən müraciətlərin araşdırılması nəticəsində məlum olub ki, şikayətlər əksər hallarda  əsassız olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar