<b>22 min nəfər müəllim olmaq istəyir </b>- <span style="color:red;">RƏSMİ
06 iyul 2017 11:50 (UTC +04:00)

22 min nəfər müəllim olmaq istəyir - RƏSMİ

 

İyulun 1-dən bu günə qədər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən 22 min nəfər miq.edu.az saytında qeydiyyatdan keçib.

 

Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 11 min vakant yer çıxarılıb və bu rekord say hesab edilir.

 

Qeyd edək ki, iyulun 1-dən başlanan elektron qeydiyyat prosesi iyulun 14-dək davam edəcək. İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilər. 
 
Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267

Oxşar yazılar