“Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirildi - FOTO
13 may 2023 12:10 (UTC +04:00)

“Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirildi - FOTO

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin təşəbbüsü ilə Şirvan şəhərində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda regional konfrans keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər Polis Şöbəsinin inzibati binasında keçirilən konfransda polis əməkdaşları ilə yanaşı Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yerli icra hakimiyyətləri orqanlarının nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri iştirak ediblər. 

Tədbirdə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev azyaşlıların sağlam mühitdə tərbiyə olunmasının, gələcəyin peşəkar kadrları və cəmiyyətimizə layiqli vətəndaş kimi yetişmələrinin vacibliyindən danışıb. O, qeyd edib ki, bəzi bölgələrdə yeniyetmələrin təhsildən yayındırılma, erkən nikaha daxil olmaları, eləcə də azyaşlıların zərərli vərdişlərə meylilik kimi neqativ hallara qarşılaşırıq. Bu kimi halların qarşısının alınması istiqamətində mübarizəni daha səmərəli təşkil etmək üçün təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir üzvü fəal iştirak etməli, öz barışmaz mövqeyini nümayiş etdiməlidir. Mütəmadi olaraq təhsil müəssisələrində maarifləndirici görüşlər keçirilməli, şagirdlərə təhsilləri barədə tövsiyələr verilməli, həmçinin onlara internet resurslarından və sosial şəbəkələrin imkanlarından daha faydalı məlumatların əldə edilməsi üçün səmərəli istifadə etmələri izah edilməlidir.

Daha sonra çıxış edən digər qurumların nümayəndələri, bu gün Daxili İşlər Nazirliyi digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məişətdə, ailədə, təlim-tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması işini mövcud qanunvericilik və beynəlxalq normativ hüquqi aktlar əsasında həyata keçirdiyini, təşkil olunan tədbirin vacibliyini diqqətə çatdırıblar.

Tədbir müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, bir sıra təkliflər səsləndirilib.

# 1872
avatar

Oxşar yazılar