Təqaüdçünün vəfatına görə  ayrılan müavinət   nə qədərdir? - CAVAB
15 dekabr 2023 13:26 (UTC +04:00)

Təqaüdçünün vəfatına görə ayrılan müavinət nə qədərdir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu təqaüdçünün vəfatı ilə əlaqədar ayrılan müavinətlə bağlıdır.

Maraqlıdır, görəsən, təqaüdçünün vəfatı ilə əlaqədar ayrılan müavinət nə qədərdir?

Lent.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanunun 42.1-ci maddəsinə əsasən, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyasının məbləği onun notarial qaydada təsdiq olunmuş varisinə ödənilir. 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 42.3-cü maddəsinə əsasən, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə dəfn üçün müavinət həmin şəxslərə ödənilir.

Hazırda 840 manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 54921
avatar

Arzu Qurbanlı

Oxşar yazılar