Təhsil haqqını dövlətin ödədiyi tələbələrin  NƏZƏRİNƏ
04 iyun 2021 16:29 (UTC +04:00)

Təhsil haqqını dövlətin ödədiyi tələbələrin NƏZƏRİNƏ

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə istifadəyə verilən http://e-telebe.edu.az portalı üzərindən 2020-21-ci tədris ilinin 2-ci yarımili üçün müraciətlərin qəbulu uzadılıb.

Lent.az məlumat verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, müraciətlərin qəbulu iyunun 11-dək uzadılıb:

"Bu qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etməsi xahiş olunur.”

# 1383
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar