Sürücü sükan arxasında  neçə saat   əyləşə bilər? -  CAVAB
28 iyul 2023 17:42 (UTC +04:00)

Sürücü sükan arxasında neçə saat əyləşə bilər? - CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu sürücülərin sükan arxasında keçirdiyi vaxtla bağlıdır.

Yollarda baş verən avtomobil qəzalarının səbəblərindən biri də sürücülərin yolda hipnoz olmasıdır. Bunun əsas səbəbi isə sürücülərin sükan arxasında çox vaxt keçirməklərindən qaynaqlanır.

Maraqlıdır, sürücü sükan arxasında neçə saat əyləşə bilər?

Lent.az xəbər verir ki, qanunvericilikdə göstərilir ki, sürücü 4 saatdan artıq avtomobil idarə edə bilməz. Bir sıra ölkələrdə isə bu vaxt hətta 2-3 saatdır.

Mütəxəssislər bildirirlər ki, uzaq yol gedən, əsasən də rayonlara səfər edən sürücülərin yol hipnozuna düşməmələri üçün 2-2,5 saat ərzində 15-30 dəqiqə durmaq, hava almaq, gəzmək, çay və ya qəhvə içmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5145
avatar

Arzu Qurbanlı

Oxşar yazılar