Şəkidə körpənin ölümünə səbəb nə oldu? Yanlış diaqnoz, yoxsa...
27 oktyabr 2023 17:00 (UTC +04:00)

Şəkidə körpənin ölümünə səbəb nə oldu? Yanlış diaqnoz, yoxsa...

Sosial şəbəkələrdə Şəki Mərkəzi Xəstəxanasında həkim çatışmazlığı və 4 aylıq körpəyə edilən yanlış müalicə ilə bağlı məlumatlar yayılıb.

Belə ki, uşağın vəziyyəti pisləşdiyi üçün axşam saatlarında valideynləri onu Şəki Mərkəzi Xəstəxanaya aparıblar. Xəstəxana işçiləri növbətçi həkimin olmadığını, ümumiyyətlə xəstəxanada həkim çatımazlığı olduğunu bildiriblər.

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı Kliniki Tibbi Mərkəzə müraciət edib.

Qurumun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, 2023-cü il təvəllüdlü Ayla Mövlamlı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə. F. Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının intensiv terapiya şöbəsinə yerləşdirilib. Uşağa ilkin olaraq dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu qoyulub. 

Daha sonra azyaşlıda yuxarı tənəffüs yollarının dəqiq kəskin infeksiyası, ikitərətli bronxopnevmaniya, septiki şok, ağciyər ödemi və baş beyin ödəmi müəyyən edilib və müalicə ona uyğun aparılıb. Vəziyyətində müsbət dinamikə müşahidə edilmədiyi üçün bir gün sonra süni tənəffüs aparatına qoşulub.

Həkimlərin səylərinə baxmayaraq Ayla Mövlamlının bu gün səhər saatlarında reanimasiya şöbəsində həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6537
avatar

Arzu Qurbanlı

Oxşar yazılar