Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu, Zərdab rayonunun Kəndəbil kənd sakini, 1992-ci il təvəllüdlü gizir Fərid Nofər oğlu Rüstəmov son mənzilə yola salınıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, şəhidin nəşi doğulduğu Zərdab rayonunun Kəndəbil kəndinə gətirilib və böyük izdihamla qarşılanıb. Vida mərasimində hərbiçilər, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin ruhuna dualar oxunduqdan sonra o, kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu təxribatın qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayının bundan bir neçə dəfə çox olduğu bildirilir.
***
09:38
Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Neftçala rayonunun Bankə qəsəbə sakini, 2003-cü il təvəllüdlü əsgər Fətullayev Rafail Rüfət oğlu Bankə qəsəbəsində dəfn olunub.
Lent.az xəbər verir ki, bu barədə APA-nın Mil-Muğan bürosu məlumat verib.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.