Bu yerlərə intensiv yağış  yağacaq - Sabah havası
03 iyul 2026 12:59 (UTC +04:00)

Bu yerlərə intensiv yağış yağacaq - Sabah havası

1

İyulun 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Nisbi rütubət gecə 75-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 424

Oxşar yazılar