Məktəblilərlə sevişən keçmiş müəllim şəhər meri  olmaq istəyir
27 iyul 2026 16:56 (UTC +04:00)

Məktəblilərlə sevişən keçmiş müəllim şəhər meri olmaq istəyir

0

ABŞ-ın Florida ştatında məktəblilərlə cinsi əlaqədə olmaqda ittiham olunan keçmiş müəllim Cey şəhərinin meri olmağa hazırlaşıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 50 yaşlı Eypril Uotson 2010-cu ildə yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə ittiham olunub.

İddia edilir ki, 2007-ci ildə o və başqa bir müəllim bir neçə ay ərzində 17 yaşlı 3 şagirdlə cinsi əlaqədə olublar. Tutulduqdan sonra o, bir il həbs cəzası çəkib.

Mugshot of April Watson.

2019-cu ildə Uotson şəhər administrasiyasında işə düzəlib. Lakin sakinlər onun cinayətləri barədə yalnız mətbuat yazandan sonra məlumat əldə ediblər. Şəhər meriyasının əməkdaşları isə onun keçmişindən xəbərdar olublar.

Daha sonra məlum olub ki, Uotson cinsi cinayətlərdə məhkum edilmiş şəxslərin qeydiyyat qaydalarını da pozub. O, düşərgədə olarkən müvəqqəti yaşayış yerini dəyişdirməsi barədə polisə məlumat verməyib.

İctimai etirazlardan sonra o, əvvəlcə işdən kənarlaşdırılıb, sonra isə həbs edilib.

Məlumata görə, onu beş ilə qədər həbs cəzası gözləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar