Çox yatmaq da, az yatmaq da orqanizmi daha sürətli qocalda bilər
25 avqust 2026 07:36 (UTC +04:00)

Çox yatmaq da, az yatmaq da orqanizmi daha sürətli qocalda bilər

0

Yeni araşdırmaya görə, həm kifayət qədər yatmamaq, həm də həddindən artıq yatmaq orqanizmin bioloji yaşlanması ilə əlaqəli ola bilər.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

Tədqiqatçılar 23 müxtəlif bioloji yaşlanma göstəricisini analiz ediblər. Ən aşağı yaşlanma göstəriciləri gündə təxminən 6,4–7,8 saat yatan insanlarda müşahidə olunub.

Alimlər qeyd edirlər ki, yuxu müddəti təkbaşına insanın sağlamlığını müəyyənləşdirmir. Stress, fiziki aktivlik, qidalanma və digər həyat tərzi faktorları da orqanizmin yaşlanmasına təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 82

Oxşar yazılar