Sinqapurda canlı insan neyronlarından istifadə edən bioloji məlumat mərkəzinin prototipi təqdim edilib.
Lent.az xəbər verir ki, bu barədə Times of India məlumat yayıb.
Sistemə təxminən 16 milyon canlı insan neyronu daxil edilib. Məqsəd bioloji hüceyrələrin kompüter sistemlərində məlumatların emalı üçün necə istifadə oluna biləcəyini araşdırmaqdır.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə canlı neyronlardan istifadə edən belə sistemlər süni intellekt üçün daha az enerji tələb edən yeni hesablama üsullarının yaranmasına səbəb ola bilər.