İsmayıllıda avtomobil qəzasında dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 41 yaşlı Samir Abdullayev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
22:15
İsmayıllıda “Toyota Land Cruiser” markalı avtomobilin aşması nəticəsində sürücü ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun Lahıc qəsəbəsi istiqamətində qeydə alınıb.
Avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü həyatını itirib.
***
22:04
İsmayıllıda yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.
Qəzanın təfərrüatları və ölən-yaralananların sayı dəqiqləşdirilir.