Motosiklet oğrularını tutub dirəklərə  bağlayır – Sirli QİSASÇI
24 avqust 2026 19:59 (UTC +04:00)

Motosiklet oğrularını tutub dirəklərə bağlayır – Sirli QİSASÇI

0

Meksikanın Xalisko ştatında "Meksikalı Betmen" ləqəbli bir xalq qisasçısı peyda olub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Laqos-de - Moreno şəhərindən olan sirli mübariz küçələrdə işıq dirəklərinə yapışqanlı kişilərin tapılmasından sonra məşhurlaşıb. Onların ağızları möhürlənib və alınlarına "Oğru" sözü həkk olunub. Oğurlandığı güman edilən motosikletlər yaxınlıqda park edilib.

Мексиканский «Бэтмен» ловит похитителей мотоциклов и приклеивает их к столбам

"Meksikalı Betmen" cinayətkarları ovlamağa iyunun ortalarında başlayıb.

İki həftə ərzində o, beş nəfəri dirəklərə bağlayıb. Bəziləri üçün xalq qisasçısı markerlə onun ticarət nişanı sayılan pişik bığlarını çəkib.

Polisdən bildirilib ki, naməlum şəxslər tərəfindən tutulan insanlara zərərçəkmiş kimi yanaşır və onlardan bəziləri ağır döyülüb.

"Betmen" axtarışa verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar