“Uzak Şehir”in Sadakatı  60 yaşında bunu etdi: Göydən hoppandı -FOTOLENT
24 avqust 2026 20:41 (UTC +04:00)

“Uzak Şehir”in Sadakatı 60 yaşında bunu etdi: Göydən hoppandı -FOTOLENT

0

“Uzak Şehir” serialında Sadakat Albora obrazını canlandıran Gonca Cilasun yeni mövsüm çəkilişləri öncəsi maraqlı addımı ilə gündəmə gəlib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 60 yaşlı aktrisa tandem paraşütlə tullanaraq adrenalin dolu anlar yaşayıb.

Təlimatçı ilə birlikdə təyyarədən tullanan Cilasun sərbəst eniş zamanı olduqca rahat və əyləncəli görünüb. Onun üzərindəki geyimdə Türkiyə bayrağının əks olunması da diqqətdən yayınmayıb.

Aktrisanın paraşütlə tullanma görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Serialda sərt və avtoritar xarakteri ilə tanınan Sadakat obrazından fərqli olaraq, Gonca Cilasun real həyatda macərapərəstliyi ilə izləyicilərini təəccübləndirib.

Aktrisa daha əvvəl yüksəklik qorxusunun olduğunu, buna baxmayaraq qorxularının üzərinə getməyi sevdiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar