Kendall Jenner və Jacob Elordi münasibətlərini gizlətməkdən  əl çəkdi
25 avqust 2026 03:21 (UTC +04:00)

Kendall Jenner və Jacob Elordi münasibətlərini gizlətməkdən əl çəkdi

0

Kendall Jenner və aktyor Jacob Elordi Londonda romantik görüş zamanı ilk dəfə açıq şəkildə əl-ələ görüntüləniblər.

Lent.az xəbər verir ki, bu barədə Page Six məlumat yayıb.

Cütlük Londondakı restorandan çıxarkən kameralara tuş gəlib. Kendall Jenner boz rəngli qısa libas, Jacob Elordi isə tünd göy zolaqlı kostyum geyinib. Onların əl-ələ tutması münasibətlərinin əvvəlkindən daha ciddi mərhələyə keçdiyi barədə şayiələri gücləndirib.

İkili ilk dəfə bu ilin aprelində birlikdə görüntülənmişdi. Son aylarda onların münasibətləri barədə müxtəlif iddialar yayılsa da, Jenner və Elordi şəxsi həyatlarını mümkün qədər gizli saxlamağa çalışırdılar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar