Rentgen-müayinənin fəaliyyəti hansı hallarda dayandırılır? – RƏSMİ CAVAB
10 oktyabr 2023 17:07 (UTC +04:00)

Rentgen-müayinənin fəaliyyəti hansı hallarda dayandırılır? – RƏSMİ CAVAB

Tibbin kifayət qədər inkişaf etməsinə və müasir aparatların ortaya çıxmasına baxmayaraq, hələ də rentgen şüaları dəqiq diaqnozun qoyulmasında ən ideal vasitələrdən biri hesab olunur. Yalnız rentgen şüaları vasitəsilə daxili orqanlarda və sümük toxumasında meydana gələn xəstəlikləri asanlıqla müəyyənləşdirmək mümkündür. Son günlərdə isə ölkədə bəzi tibb müəssisələrində fəaliyyət göstərən rentgen kabinetlərinin fəaliyyəti məhdudlaşdırılıb. 

Maraqlıdır, görəsən, rentgen-müayinənin fəaliyyəti hansı hallarda dayandırılır?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov Lent.az-a açıqlamasında bildirib ki, rentgen kabineti təhlükəsizlik üzrə qoyulmuş tələblərə cavab vermirsə, müvafiq fəaliyyət növünə, yəni ionlaşdırıcı şüallanma mənbələri hesab edilən qurğuların istismarına müəssisənin xüsusi icazəsi olmadıqda fəaliyyəti dayandırılır.

Onun sözlərinə görə, həmçinin vaxtında müəssisə tərəfindən radioloji-gigiyenik pasport olmadıqda, istehsalat radiasiya nəzarəti proqramı həyata keçirilməyəndə və digər tələblərə əməl edilmədikdə, həmin kabinetlərin fəaliyyətlərinə məhdudiyyət qoyulur:

“Əlbəttə ki, agentlik mütəmadi olaraq yoxlamalar həyata keçirir. Yoxlamalar aparılan müəssisədə hər hansı bir nöqsan aşkarlandıqda və həmin nöqsanların aradan qaldırılması mümkündürsə, həmin quruma vaxt verilir. Nöqsanlar aradan qaldırılmadıqda isə agentlik tərəfindən məhdudlaşdırıcı tədbirlər həyata keçirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3768
avatar

Arzu Qurbanlı

Oxşar yazılar