Qəbul imtahanında yüksək bal toplayanlar məlum olub
18 iyun 2022 12:16 (UTC +04:00)

Qəbul imtahanında yüksək bal toplayanlar məlum olub

Qəbul imtahanında yüksək bal toplayanlar məlum olub - FOTO

Ötən gün I və IV ixtisas qrupu üzrə imtahan nəticələri açıqlanıb.

Lent.az-ın məlumatına görə, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər – Bakı şəhər 53, 111 və 258 saylı orta məktəblərinin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) və Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbinin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbinin, Qəbələ şəhər 1 saylı orta məktəbinin, İsmayıllı şəhər 5 saylı orta məktəbinin, Biləsuvar şəhər internat orta məktəbinin məzunları göstəriblər.

IV ixtisas qrupu üzrə imtahanda 125 nömrəli tam orta məktəbin şagirdi Nigar Ağazadə ən yüksək bal toplayıb. O, buraxılış və qəbul imtahanından 697 bal toplayıb. 

İmtahanın II mərhələsində 400 bal toplayan Bakı şəhər 111 saylı orta məktəbin şagirdi Fuad Qurbanov I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 295 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 baldır.

I ixtisas qrupu üzrə yüksək nəticə toplayan 258 nömrəli məktəbin şagirdi Fərid Quliyev imtahandan 694.4 bal toplayıb. 

Bakıda 53 nömrəli tam orta məktəbi bitirən Zakir Aslanlı imtahanlarda 682,1 bal toplayıb. 

I qrup üzrə ən yüksək nəticəni göstərənlərdən biri də, Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin məzunu Leyla Eynullazadədir. O, iki imtahandan birlikdə 685 bal toplayıb.

# 4848
avatar

Nigar Namiq

Oxşar yazılar

Əfv sərəncamının icrasına başlanıldı

Əfv sərəncamının icrasına başlanıldı

26 may 2024 , 09:16
II və III qruplara imtahan keçirilir

II və III qruplara imtahan keçirilir

26 may 2024 , 06:47
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17
Sabah Bakıda şimşək çaxacaq,  yağış yağacaq - PROQNOZ

Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

25 may 2024 , 12:59
Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

25 may 2024 , 11:51
Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

25 may 2024 , 09:56
Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45