Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından Səbinə Əliyeva 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumların səsvermə prosesində iştirak edir.
Lent.az xəbər verir ki, Səbinə Əliyevanın əməkdaşları seçki məntəqələrində müşahidə aparır.
***
11:14
Növbədənkənar parlament seçkilərində Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar da səs verib.
Lent.az xəbər verir ki, səsvermə 29 seçki dairəsinin 41 saylı seçki məntəqəsində üzrə aparılır.
Seçki dairəsinin sədri Eldar Mahmudov Lent.az-a açıqlamasında qeyd edib ki, 545 qadın məhkum səs verəcək.
Hazırda 205 nəfər səsvermədə iştirak edib.