Nəsiman Yaqublu dəfn edildi -FOTO  -YENİLƏNİB
26 avqust 2024 13:17 (UTC +04:00)

Nəsiman Yaqublu dəfn edildi -FOTO -YENİLƏNİB

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Zabrat qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub.

Lent.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.

Qeyd edə ki, N.Yaqublu avqustun 25-də Cəbrayıl rayonu ərazisində yol qəzasında ölüb.

N. Yaqublu uzun illər Azərbaycan Xalq Cümhuriyyəti tarixi və qurucuları barədə tədqiqatlarla məşğul olub.

Allah rəhmət eləsin!

Professor Nəsiman Yaqublu dəfn edilib FOTO   - YENİLƏNİB Professor Nəsiman Yaqublu dəfn edilib FOTO   - YENİLƏNİB Professor Nəsiman Yaqublu dəfn edilib FOTO   - YENİLƏNİB Professor Nəsiman Yaqublu dəfn edilib FOTO   - YENİLƏNİB Professor Nəsiman Yaqublu dəfn edilib FOTO   - YENİLƏNİB

***

09:13

Professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Lent.az-a mərhumun ailəsindən məlumat verilib.

Qeyd olunub ki, dəfn mərasimi saat 13:00-14:00 üçün nəzərdə tutulub.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu avqustun 25-də Cəbrayıl rayonu ərazisində yol qəzasında ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1917
avatar

Fidan İlqar

Oxşar yazılar