Müəllimlərin sertifikatlaşdırılmasının tarixi açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
O qeyd edib ki, setifikatlaşdırılma prosesinin 17-25 iyun tarixində təşkil olunması planlaşdırılır. Həmçinin bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək. Onun təşkili isə oktyabr ayında planlaşdırılır.