MİQ müsabiqəsinin keçiriləcəyi vaxt və vakant yerlərin sayı AÇIQLANDI
16 fevral 2022 21:50 (UTC +04:00)

MİQ müsabiqəsinin keçiriləcəyi vaxt və vakant yerlərin sayı AÇIQLANDI

“Ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üçün 8 minə yaxın vakansiya elan etmişdik. Amma daha sonra tədris ili ərzində əlavə 5 minə yaxın yer elan edildi. Ümumilikdə 13 min vakant yer oldu”.

Lent.az xəbər verir ki, bu sözləri "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu il də 13 minə yaxın vakansiya elan olunacaq:

“Bu il də təxminən eyni sayda vakant yerlər elan ediləcək. Düşünürük ki, bu artım dinamikası davam edəcək”.

MİQ müsabiqəsinin nə vaxt keçirilməsi məsələsinə gəldikdə isə o qeyd edib ki, bu il də MİQ müsabiqəsi ənənəvi olaraq iyul ayında keçiriləcək və avqust ayına qədər davam edəcək.

O deyib ki, yaxın vaxtlarda məzmunla bağlı Təhsil İnstitutu tərəfindən çərçivə sənədi elan ediləcək.

MİQ müsabiqəsində kişi müəllimlərə üstünlük verilməsi ilə bağlı məsələyə gəldikdə isə şöbə müdiri qeyd edib ki, müsabiqə şərtlərinə görə hansısa kateqoriya üzrə namizədlərə üstünlük verilməsi ədalətli deyil:

“Kişi müəllimləri üçün hər hansı güzəştlərin olması gözlənilmir. Amma kişi namizədlərin sayında artım müşahidə olunur. Xüsusilə bu artım kənd məktəblərində özünü büruzə verir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10440
avatar

Fidan İlqar

Oxşar yazılar