Mingəçevirdə baş verən hadisə ilə əlaqələr 15.06.2024-cü il tarixində saat 20:20 radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Lent.az xəbər verir ki, bu barədə APA-nın TƏBİB-ə verdiyi sorğuya cavab olaraq bildirilib.
Qeyd edilir ki, yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.
***
09:30
Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Lent.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.