Hövsanda podratçı şirkət qaydaları POZDU
15 iyul 2024 15:53 (UTC +04:00)

Hövsanda podratçı şirkət qaydaları POZDU

Polis tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda keçirilən tədbir zamanı Hövsan qəsəbəsi ərazisində yerləşən yaşayış kompleksi ərazisində tullantıların qalaqlanması və yandırılması aşkar edilib.

Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə əraziyə cavabdeh olan podratçı şirkət barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15705
avatar

Oxşar yazılar