Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması ilə bağlıdır?
Paytaxtın əsas küçə və prospektlərinə, eləcə də yol kənarlarına atılan zibillər həm şəhərin görünüşünü pozur, həm antisanitar vəziyyət yaradır, həm də aidiyyəti üzrə Mənzil Kommunal Təsərrüfatı Departamentinin əməkdaşlarının işini birə-beş artırır. Müasir dövrdə digər ölkələrdə olduğu kimi, bizim ölkədə də zibil qutuları məişət tullantılarının növlərinə müvafiq olaraq çeşidlənir, lakin təəssüf ki, bəzi insanlar bu qaydalara riayət etmir.
Maraqlıdır, avtobus və ya avtombildən bayıra zibil atmağın cəriməsi nə qədərdir?
Lent.az xəbər verir ki, nəqliyyat vasitələrindən bayıra hər hansı əşya və ya zibil atan şəxs 40 manat cərimə olunur.