Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, fevralın 26-da Bakıda və Abşeron yarımadasında, 26-27-də isə Qax, Şəki, Zaqatala, Şahdağ, Xızı, Şamaxı, Şirvan, Qobustan, Ağsu, İsmayıllı, Oğuz, Mingəçevir, Yevlax, Bərdə, Kürdəmir, İmişli, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Gəncə, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilanda şimal-qərb küləyi əsəcək.
Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.