Kim Çen Inın bir açıqlamasına görə MASKA REJİMİ  ləğv edildi
13 avqust 2022 09:38 (UTC +04:00)

Kim Çen Inın bir açıqlamasına görə MASKA REJİMİ ləğv edildi

Koreya Xalq Demokratik Respublikasında (KXDR) koronavirusa görə tətbiq oluna bəzi tələblər aradan qaldırılıb. 

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, xəstəliklə əlaqədər qüvvədə olan maska taxmaq və sosial məsafəyə riayət etmək tələbi KXDR-də ölkə lideri Kim Çen Inın virus üzərində qələbəsi barədə açıqlamasından sonra ləğv edilib.

Lakin sərhədyanı rayonlarda bu ehtiyat tədbirləri qüvvədə qalır. Bundan əlavə, xəstəliyin simptomları zamanı maskaların taxılması tövsiyə olunur.

Eyni zamanda, insanlara yad cisimlərə toxunmamaq barədə göstəriş verilib.

Xatırladaq ki, KXDR-də ilk dəfə olaraq koronavirus infeksiyasına yoluxma mayın 12-də baş verib.

Gündəlik artım mayın 15-də maksimum həddə (392 min 920 nəfər) çatıb, bundan sonra göstərici tədricən azalıb.

Qeyd edək ki, iyulun 30-da Xalq Cümhuriyyəti hakimiyyət orqanları ilk dəfə olaraq ötən gün ərzində hər hansı yeni qızdırma halının aşkar edilmədiyini bildiribər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Oxşar yazılar