Kamran Əliyev bu rayonların sakinlərini qəbul edəcək
22 avqust 2024 15:59 (UTC +04:00)

Kamran Əliyev bu rayonların sakinlərini qəbul edəcək

Baş prokuror Kamran Əliyev avqustun 27-də, saat 10:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Oğuz rayon və Mingəçevir şəhər sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəki rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-48 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar