İnsanlar  neçə saat   yuxulamalıdır? -  CAVAB
29 sentyabr 2023 17:31 (UTC +04:00)

İnsanlar neçə saat yuxulamalıdır? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu yuxu rejimi ilə bağlıdır. 

Yuxu orqanizmin normal fəaliyyəti üçün vacib amillərdən biridir. Sağlam insanlarda yuxunun optimal müddəti müxtəlifdir və yaş ötdükcə dəyişir.

Maraqlıdır, görəsən, insanlar neçə saat yatmalıdır?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 12-15 yaş arası məktəblilər 9 saat, yetişkin və yaşlılar isə 7-8 saat aralığında yatmalıdır. 

Eyni zamanda, yuxu ilə bağlı da bir sıra gigiyena qaydalarına əməl etmək lazımdır. Axşam yeməyini yuxudan azı 2 saat qabaq yemək lazımdır ki, dolmuş mədə diafraqmanı yuxarıya basıb yatarkən rahat tənəffüs etməyə mane olmasın.

Yuxuya mane olan kənar qıcıqlandırıcılara parlaq işıq, səs, kəskin iylər, çox isti və ya çox soyuq temperatur aiddir. Təmiz havanın normal yuxu üçün əvəzolunmaz əhəmiyyəti olduğunu nəzərə alıb pəncərə və nəfəsliyi açıq qoyub yatmaq məsləhətdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 37536
avatar

Arzu Qurbanlı

Oxşar yazılar