Havanın tez-tez dəyişməsi insan səhhətinə necə təsir edir? - HƏKİM AÇIQLADI
29 avqust 2023 15:13 (UTC +04:00)

Havanın tez-tez dəyişməsi insan səhhətinə necə təsir edir? - HƏKİM AÇIQLADI

Son günlərdə hava şəraiti gah isti, gah da soyuq və yağışlı müşahidə olunur.

Maraqlıdır, görəsən hava şəraitinin bu cür tez-tez və kəskin şəkildə dəyişməsi insan səhhətinə necə təsir edir?

Məsələ ilə bağlı tibb elmləri doktoru, həkim professor Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, havanın tez-tez dəyişkənliyini insanlar nəzərə almalıdır.

Onun sözlərinə görə, hər temperatura uyğun şəkildə geyim seçilməlidir:

"Həddin artıq soyuqda oturmaq düzgün deyil. Evdə, işdə və digər yerlərdə istilik temperatur havaya uyğun şəkildə tənzimlənməlidir. Hazırda çox soyuq temperatur olan otaqda oturmaq insanların soyuqdəymə və qrip kimi xəstəliklərinə yoluxmasına səbəb olur. Məhz bu baxımdan hesab edirəm ki, insanlar havaya uyğun geyinməli və normal havada kondisionerdən istifadə etməməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2628
avatar

Arzu Qurbanlı

Oxşar yazılar