Havaların kəskin dəyişməsi bu xəstələr üçün CİDDİ PROBLEMDİR  - Terapevt AÇIQLADI
12 sentyabr 2023 19:01 (UTC +04:00)

Havaların kəskin dəyişməsi bu xəstələr üçün CİDDİ PROBLEMDİR - Terapevt AÇIQLADI

İnsan orqanizminə mənfi təsir edən faktorlardan biri də orqanizmin qəflətən dəyişən isti-soyuğa düşməsidir. Çünki insan orqanizmi bu mühitə tez bir zamanda alışa bilmir və bu da istər-istəməz sağlamlığa təsir edir. Payızın gəlişi və havaların birdən-birə soyuması insan orqanizminin müqavimətinin aşağı düşməsinə səbəb olur. İsti havanın təsirindən əlamətlərini azaldan infeksion xəstəliklər, havaların soyuması ilə əlaqədar olaraq kəskinləşir. Havaların kəskin dəyişilməsindən ən çox azyaşlı uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olanlar əziyyət çəkirlər.

Maraqlıdır, bu cür havalarda xəstəliklərə yoluxmamaq üçün nələrə diqqət edilməlidir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Lent.az-a açıqlamasında bildirib ki, fəsillərin dəyişdiyi zaman insan orqanizmində də müəyyən dəyişikliklər baş verir.

Onun sözlərinə görə, bəzi xəstəliklər var ki, xüsusən də ürək qan damar sistemi, arterial hipertoniya, endokrin, yuxarı tənəffüs yolu infeksiyaları kimi xəstəliklər fəsil dəyişkənliyi dövrlərində daha həssas olur:

“Bu səbəbdən, xroniki xəstəlikdən əziyyət çəkən insanların həkim nəzarətində qalması tövsiyə olunur. İmmun sistemini maksimum güclü saxlamaq lazımdır. Güclü immun sistemi üçün isə yuxu və qidalanma rejimi çox vacibdir. Qidalanma rejimi dedikdə tam balanslı qidalanma nəzərdə tutulur. Yəni mövsümə uyğun və nə az, nə də çox yemək lazımdır. "Fast food", hazır qidalardan mümkün qədər az istifadə etmək tövsiyə olunur. Hər hansı bir əks göstəriş yoxdursa, gün ərzində 2,5 litr su içilməsi vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3882
avatar

Arzu Qurbanlı

Oxşar yazılar