Hava  XƏBƏRDARLIĞI:   Güclü külək əsəcək
05 yanvar 2022 15:11 (UTC +04:00)

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək

Azərbaycanda hava ilə bağlı növbəti xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 6-sı gündüzdən 7-si səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 6-7-də qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

# 4032
avatar

Oxşar yazılar