Gündəm hələ soyumamış yeni nikah xəbəri - yeniyetmə qızı ƏRƏ VERİRLƏR  - YENİLƏNİB
12 iyun 2024 15:06 (UTC +04:00)

Gündəm hələ soyumamış yeni nikah xəbəri - yeniyetmə qızı ƏRƏ VERİRLƏR - YENİLƏNİB

Neftçalada erkən nikahla bağlı polis tərəfindən bütün tədbirlər icra olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər.

***
13:54

Neftçalada planlaşdırılan erkən nikahın qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb.

***
11:06

Azərbaycanda uzun müddətdir müzakirə və tənqid olunan mövzulardan biri erkən nikahlardır. Ölkədə rəsmi nikah yaşı 18 qəbul olunub, lakin istisna hallarda bunun 17 yaşda həyata keçirilməsinə icazə verilirdi. Ancaq Milli Məclisin dünənki iclasında bu hal da ləğv edilib və rəsmi nikah yaşı yalnız 18 olaraq saxlanılıb. 

Bundan əlavə qanunlara əsasən, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə də üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Lent.az xəbər verir ki, lakin ötən gün gündəmi zəbt edən bu kimi məsələlərə baxmayaraq, Neftçala rayonunda yeniyetmə qızın yaxın günlərdə ərə verilməsi barədə sosial şəbəkədə məlumatlar dolaşır. Məlumata görə, artıq toy mərasiminin keçiriləcəyi tarix də müəyyən edilib – 22 iyun.

Məsələ barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4683
avatar

Mehman Nəbiyev

Oxşar yazılar