Erməni silahlı dəstələri bölmələrimizə qarşı təxribata cəhd edib - RƏSMİ
26 mart 2022 11:48 (UTC +04:00)

Erməni silahlı dəstələri bölmələrimizə qarşı təxribata cəhd edib - RƏSMİ

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

Oxşar yazılar