Əfv Sərəncamının icrası başa çatdı - FOTO  - YENİLƏNİB
28 may 2022 14:13 (UTC +04:00)

Əfv Sərəncamının icrası başa çatdı - FOTO - YENİLƏNİB

Əfv sərəncamının icrası başa çatıb.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.

Onlardan 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub. 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib.

3 şəxs şərti məhkum etmədən azad edilib, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub.

***

Əfv Sərəncamının icrasına başlanılıb. 

Lent.az xəbər verir ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. 

Sərəncamla 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib. 3 şəxs şərti məhkum etmədən azad olunub. Bundan başqa, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub.

Əfv olunan şəxslər arasında 3 nəfər jurnalist və bloqer, 3 nəfər siyasi partiya üzvü var.

Əfv Sərəncamı 2018-ci il 10 iyul tarixində Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən 20 nəfərə də şamil olunub. 

***

Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.

Onların 7-də azadlığa buraxılıb.



***

Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.

Onların 7-si də azadlığa buraxılıb.

Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və MTN-in digər vəzifəli şəxsləri var.

***

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası Ədliyyə Nazirliyi PenitensiarXidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində də davam etdirilib.

Sərəncam bu müəssisədəki məhkumlardan 27 nəfərə şamil olunub.

Onlardan 22 azadlığa buraxılıb, 5 nəfərin cəzası yarıya endirilib.

Əfv olunan şəxslərə ərizələrini Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov, Azərbaycanın Ombsdumanı Səbinə Əliyeva və deputat Zahid Oruc təqdim edib.

Onlara müvafiq ərizələr təqdim olunub və 4 nəfər azadlığa buraxılıblar.

Azadlığa buraxılanlardan 5-i "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərdir. Bir nəfər jurnalist Zöhrab Əliyev də azadlığa buraxılanlardandır.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

***

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Məhbusların cəza çəkdiyi bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 3 nəfər məhkuma şamil olunub.

Həmin şəxslər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Əfv edilən şəxslərdən biri İran vətəndaşı, 2 nəfər isə Azərbaycan vətəndaşıdır.

***

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.

Cəzaçəkmə müəssisəsində cəzaçəkən 3 məhkuma əfv sərəncamı şamil edilib.

Onların hər üçünə əfv olunmaları üçün sənəd verilib.

Onlardan biri Türkiyə vətəndaşı Rəsul Kondaçıdır.

***

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra edilib.

Sərəncam 16 nəfərə şamil olunub və 12 məhkum azadlığa buraxılıb.

Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası yarıya endirilib.

***

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində də davam etdirilib.

Sərəncam bu müəssisədəki məhkumlardan 11 nəfər şamil olunub.

Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin cəzası yarıya endirilib.

Əfv olunan şəxslərə ərizələrini Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov, Azərbaycanın Ombsdumanı Səbinə Əliyeva və deputat Zahid Oruc təqdim edib.

Onlara müvafiq ərizələr təqdim olunub və 4 nəfər azadlığa buraxılıblar.

Azadlığa buraxılanlardan 3-ü "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərdir.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

***

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub, 1 məhkum azadlığa buraxılıb.

Digər məhbusun cəzası 3 il 2 ay 16 gündən 1 il 7ay 6 günə endirilib.

***

Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.

Onlardan 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası azaldılıb.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

***

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra edilib.

Sərəncam 16 nəfərə şamil olunub və 12 məhkum azadlığa buraxılıb.

Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası yarıya endirilib.

# 5640
avatar

Oxşar yazılar