Dəmir yolu xəstəxanaları   Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyinə verildi
22 avqust 2024 15:31 (UTC +04:00)

Dəmir yolu xəstəxanaları Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyinə verildi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi və Yol Sanitar-Karantin Müfəttişliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Lent.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilib.

Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli stansiyası ünvanında olan Əncirli Uşaq Dəmir Yolu Xəstəxanasının yerləşdiyi əmlak kompleksi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərarın 1-ci və 2-ci hissələri icra olunduqdan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görməli və nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.

Bu qərarın 1-ci və 2-ci hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Maliyyə Nazirliyinə tapşırılıb ki, 2025-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanarkən bu qərardan irəli gələn maliyyələşdirmə məsələlərini nəzərə alsın.

Qərar İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar