Dələduzluqla məşğul olan portalların adı açıqlandı
13 noyabr 2023 10:39 (UTC +04:00)

Dələduzluqla məşğul olan portalların adı açıqlandı

Son bir ayda kiberdələduzluq hallarında ciddi artım hiss olunur.

Lent.az xəbər verir ki, bu barədə Mərkəz Azərbaycan Respublikasi Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Mərkəzin xəbərinə görə, kiberdələduzluq hallarından biri də dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə müəyyən adlar və bənzər domen nümunələrində yaradılmış saxta səhifələrdir.

Həmin saxta səhifələr aşağıdakılardır:

hxxps://asanodeme.info/kommunal

hxxps://asan-cerime.net

hxxps://asan-cerime.biz

hxxp://asan-cerime.com

Belə ki, kommunal xidmətlərin və ya cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan və sosial şəbəkələr vasitəsi ilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.

Belə kiberdələduzluq halları tərəfimizdən araşdırılmaqla və ölkə üzrə bloklanaraq vətəndaşların dələduzların qurbanına çevrilməsinin qarşısının alınması üzərində aktiv işlənilməklə yanaşı hər gün yenilənən saxta səhifələrlə mübarizədə vətəndaşları ayıq olmağa media nümayəndələrini isə vətəndaşları belə dələduzluq halları ilə bağlı maarifləndirmədə köməklik göstərməyə çağırırıq.

Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmağı, alınan məlumatları dəqiqləşdirməyi və yalnız rəsmi səhifələrə etibar etmək tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5439
avatar

Arzu Qurbanlı

Oxşar yazılar