Cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə etibar edilməməsinə dair DYP-dən xəbərdarlıq edilib.
Qurumdan Lent.az-a verilən məlumata görə, sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur.
Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır.
Son günlər “cəriməni buradan ödəyərək endirim əldə et” kampaniyası vədi verən “asancerime.com” internet saytıyla bağlı şikayətlərin sayı artıb.
Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilib.