Bu rayonlara  leysan yağdı, sel gəldi   - FAKTİKİ HAVA -  VİDEO
31 may 2023 17:13 (UTC +04:00)

Bu rayonlara leysan yağdı, sel gəldi - FAKTİKİ HAVA - VİDEO

Faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, mayın 31-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Göygöl, Daşkəsən, Ağstafa, Gəncə, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Balakən, Tovuz, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından sel keçir.

Dolu: Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində isə Fərəhli kəndlərinə diametri 10-12 mm, Şəmkir rayonu Yuxarı Seyfəli və Çinarlı kəndlərinə saat 15:47-15:57 radələrində 10-12 mm, saat 16:54-16:56 radələrində Balakən rayonuna xırda dənəli dolu düşüb.

Külək: Qərb küləyi arabir Tovuzda 20 m/s, Gədəbəydə 18 m/s-dək güclənmişdir.

# 4089
avatar

Oxşar yazılar