Bu il əsasən bu universitetlərə qəbul artıb - TƏHSİL EKSPERTİNDƏN TƏHLİL
23 avqust 2024 15:26 (UTC +04:00)

Bu il əsasən bu universitetlərə qəbul artıb - TƏHSİL EKSPERTİNDƏN TƏHLİL

"Qarabağ Universitetinə maraq birdən-birə artdı. Bu il rekord həddə tələbə qəbulu qeydə alınıb. I ixtisas qrupunda ən yüksək bal artımı müşahidə edilib".

Bu fikirləri Lent.az-a təhsil eksperti Kamran Əsədov ixtisas seçiminin nəticələrinə uyğun ümumi təhlil edərkən deyib. 

"Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə maksimum sayda tələbə qəbulu həyata keçirilib. Bu da Azərbaycanın müstəqillik dövründə ən böyük rəqəmlərdir. 

Ümumillikdə, ixtisas seçimi qruplar üzrə təhlil edəndə görürük ki, ən ciddi bal artımı I ixtisas qrupunda müəyyən edilib. Burada İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter elmi, Kompüter mühəndisliyi ixtisaslarında ciddi bal artımı olub. Bundan başqa tibbi ixtisası üzrə ali məktəblərə qəbulda IV qrupda balların yüksəlişi müşahidə olundu. Bunun da əsas səbəbi mart ayının 3-də və 10-da keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrinin kifayət qədər yaxşı olması ilə bağlı idi. İkinci qrupda tədrisin ingilis dilində aparıldığı ixtisaslarda da artım müşahidə olunur. Belə ki, 600 ətrafı olan ballar bu il daha yüksək oldu. 

Təhsil eksperti universitetə qəbulla bağlı vəziyyəti təhlil edərəkən Xankəndində açılan Qarabağ Universiteti məsələsinə də toxunub:

"Sevindirici hal ondan ibarətdir ki, bu il Xankəndidə yeni yaranan Qarabağ Universitetində, Türkiyə-Azərbaycan ballar formalaşa bildi. Yeni univeristetlər ali təhsil pilləsində rəqabət mühiti yaradacaq. Məsələn, Qarabağ Universitetinə keçid üçün yüksək balların formalaşması gənclərin sürətlə doğma torpaqlarda, Qarabağ bölgəsində oxumaq istəyini artır. Qarabağ Universitetində 609 keçid balı olan ixtisas Bakı Dövlət Universitetində 613 baldı. Bu göstəricilər onu sübut edir ki, Qarabağ Universiteti birdən-birə yüksəliş dövrünə keçdi. Eyni zamanda, bu nəticələr işğaldan azad edilmiş tarixi torpaqlarımızda təhsil mühitinin bərpasına öz böyük tövhəsini verəcək. 

Bununla yanaşı, Türkiyə-Azərbaycan Universitetində Kompüter mühəndisliyi ixtisasında 641 keçid balı formalaşdırdı ki, bu Bakı şəhərində yerləşən digər universitetlərin nəticələrindən yüksəkdir".

Onun sözlərinə görə, Sumqayıt Dövlət Universitetinə maraq oyanıb:

"Digər tərəfdən, ixtisas qrupları arasında təhlil aparanda görürük ki, regionlarda Sumqayıt Dövltə Universitetinə ciddi şəkildə maraq oyanmağa başlayıb. Hətta Bakı şəhərində ixtisas seçimi edən şagirdlər 1-ci yerdə paytaxt universiteti yazdıqdan sonra 2-ci yer kimi Sumqayıt Dövlət Universitetini yazıb. Bu da son bir il ərzində Sumqayıt Dövlət Universitetində aparılan müsbət işlərin nəticəsidir. Yəni artıq regional universitetlər regionladan çıxıb Azərbaycan miqyasında yaxşı universitet brendi kimi formalaşmağa başlayıblar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150
avatar

Fidan İlqar

Oxşar yazılar