Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar sahəsində əldə olunmuş nəticələri təqdim olunub.
Lent.az-ın məlumatına görə, mərkəzin baş direktoru Qurban Yetirmişli bildirib ki, 2021-ci ildə mərkəz tərəfindən 62 rəqəmsal stansiyanın məlumatları əsasında respublika ərazisində seysmikliyin analizi aparılıb.
Mərkəzdə bu günə qədər ümumilikdə 14652 yeraltı təkan qeydə alınıb. Onlardan 3960-ı yerli (Azərbaycan ərazisi), 7975-i isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir.