Azərbaycanda Həcc ziyarətinə qeydiyyat başa çatıb.
Lent.az xəbər verir ki, bu il Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri Lent.az-a bildirib ki, 680 nəfərlik bütün yerlər dolub.
Bu da o deməkdir ki, bu il Azərbaycandan gedən zəvvarlar ümumilikdə Həcc ziyarətinə altı milyon yüz doxsan iki min səksən (6192080) manat xərcləyəcəklər.