Bir nəfər restoranın 3 zalında toy edə bilərmi? - MÜƏMMA
21 dekabr 2021 14:36 (UTC +04:00)

Bir nəfər restoranın 3 zalında toy edə bilərmi? - MÜƏMMA

Sosial şəbəkələrdə bir nəfərin şadlıq sarayının bir neçə zalında toy etməsi ilə bağlı xəbərlər müzakirələrə səbəb olub.

Lent.az məsələni araşdırmaq üçün paytaxtda yerləşən bəzi böyük şadlıq sarayları ilə əlaqə saxlayıb. Məlum olub ki, bir nəfərin 2 və ya 3 zalda 150 nəfərlik toy etməsi mümkündür. Onlar əvvəllər də bu qaydada toy məclisləri təşkil etdiklərini bildiriblər. 

Xüsusi olaraq onu da qeyd edək ki, "icazə" portalında qeydiyyat aparmaq yalnız şadlıq saraylarının məsul şəxslərinə məxsusdur. Yəni, toyu olan şəxsin "icazə" portalı ilə heç bir əlaqəsi yoxdur. Toylarla bağlı icazələri yalnız restoran sahibləri ala bilər. İcazə alınarkən kimin toyu olması portala daxil edilmir. Restoran sahibləri şadlıq sarayının 3 zalı varsa həmin zalların hər biri üçün ayrı-ayrılıqda qeydiyyat aparırlar. 

Daxili İşlər Nazirliyindən isə Lent.az-a bildirilib ki, bir nəfərin eyni gündə bir şadlıq sarayının müxtəlif zallarında toy etməsi mümkün deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7836
avatar

Mehman Nəbiyev

Oxşar yazılar