“Bu günədək Bakı Dövlət Universitetində təhsilalanlar arasında hər qrupda bir nəfərdə COVID-19 virusu aşkarlandığı üçün 7 müxtəlif qrupun bütün dərsləri 14 gün müddətinə onlayn formaya keçirilib".
Lent.az-ın məlumatına görə, bunu BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib.
O qeyd edib ki, 2021/2022-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrində tədris növbəli şəkildə hibrid formada - mühazirələr həftədə iki gün olmaqla "BLACKBOARD" elektron təhsil sistemi üzərindən onlayn, məşğələ və laboratoriya dərsləri isə həftədə üç gün olmaqla əyani (ənənəvi) şəkildə təşkil olunur: “Ənənəvi şəkildə tədris “Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları”nın tələblərinə ciddi riayət olunmaqla həyata keçirilir.
BDU-nun ərazisində fəaliyyət göstərən poliklinikanın həkimləri ənənəvi tədris prosesinə cəlb olunmuş müəllim və tələbələrinin sağlamlığına müntəzəm olaraq nəzarət edirlər”.