Bayram günlərinin STATİSTİKASI:  18 min...
07 yanvar 2024 10:17 (UTC +04:00)

Bayram günlərinin STATİSTİKASI: 18 min...

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

TƏBİB-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təcili tibbi yardım xidmətinə 31.12.2023-06.01.2024-cü il tarixlərində ümumi çağırışların sayı 18 351, hospital olunanların sayı isə 1 840 olub.
 
Çağırışların sayı ən çox 01.01.2024-cü il (çağırış sayı 2 723, hospital olunanların sayı 305 olmaqla), 02.01.2024-cü il (çağırış sayı 2 713, hospital olunanların sayı 274 olmaqla) və 31.12.2023-cü il tarixində (çağırış sayı 2 639, hospital olunanların sayı 242 olmaqla) qeydə alınıb.
 
Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3936
avatar

Arzu Qurbanlı

Oxşar yazılar