İstanbuldakı "Sabiha Gökçen" aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
AZAL-dan Lent.az-a verilən məlumat görə, bu səbəbdən "Buta Airways"in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa beynəlxalq hava limanına (ESB) enməyə qərar verib.
Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.
"Sabiha Gökçen" aeroportu icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.