Bakıda sərnişinlərə isti havada avtobusun gəlməsini gözləməyə imkan verən ilk komfortlu kondisioner (soyutma) sistemi quraşdırılan avtobus dayanacağı istifadəyə verilib.
Lent.az xəbər verir ki, dayanacaq Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, “Memar Əcəmi” metrostansiyasının çıxışının düz yanında, pilot Hüseynbala Əliyevin adını daşıyan küçədə quraşdırılıb.